Modern.az

“Sığorta Mamed”in oğlu yenə filial direktoru oldu

 “Sığorta Mamed”in oğlu yenə filial direktoru oldu

Təhsil

28 Avqust 2015, 21:43

Modern.az xəbər verir ki, avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb. 

APA-nın verdiyi məlumata görə, Ə.Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.

Xatırladaq ki, Ə.Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed") oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.

Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, Ə.Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu