Modern.az

Lukaşenko: “Belarusda yalnız avaralar pis yaşayır”

 Lukaşenko: “Belarusda yalnız avaralar pis yaşayır”

28 Avqust 2015, 22:16

Modern.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, onun ölkəsində yalnız avaralar pis yaşayırlar.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, dövlət başçısının fikrincə, insan sərbəst şəkildə özünü və ailəsini təmin etməli, dövlətdən “dilənməməlidir”.

 “Yaxşı işləyən adamlar yaxşı da qazanmalıdırlar, yaxşı yaşamalıdırlar və digərləri üçün nümunə olmalıdırlar. Belarusda bu gün avaralar yalnız pis yaşaya bilərlər”, - Brest vilayətinin Ryasno kəndinin sakinləri və “Belovejski” Açıq Səhmdar Cəmiyyətinin əmək kollektivi ilə görüşündə deyib.

Bu ilin aprel ayında Aleksandr Lukaşenko avaraçılıqla bağlı qanun imzalayıb. Belarus prezidenti bundan əvvəl deyirdi ki, bu sənəd respublikada yaşayanlarına əmək fəaliyyəti  üçün stimul verəcək. Avaraçılığa görə Belarusda cərimə də nəzərdə tutulur.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi