Modern.az

Astarada toyda adam öldü

Astarada toyda adam öldü

29 Avqust 2015, 11:23


Astara sakini toyda ölüb. 

Modern.az  Report-a istinadən xəbər verir ki, rayonun Şahağacı kəndinin sakini, 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun qəfildən halı pisləşib.

O, iştirak etdiyi toy məclisində dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, mərhumun ürəyində qüsur olub. 

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq.  Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu