ABŞ-ın Demokratlar Partiyasının keçirdiyi qurultayda keçmiş dövlət katibi Hillari Klinton 20% partiyadaşının dəstəyini qazanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə, xanım Klintonun prezidentlik ambisiyalarını 130 qurultayçı açıq, 310 qurultayçı isə qeyri-rəsmi şəkildə dəstəkləyib.Hazırda Hillari Klinton Demokratlar Partiyasının prezidenliyə ən real namizədi sayılır. O ən yaxın rəqibi Berni Sandersi bir neçə dəfə qabaqlayır. ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında baş tutacaq.
Vüqar İsmayılov