Tovuzun Qovlar şəhərində yeni uşaq bağçası istifadəyə veriləcək.
Heydər Əliyev Fondundan Modern.az-a verilən məlumata görə, Tovuz rayonunun Qovlar şəhərində inşa edilən yüz yerlik yeni uşaq bağçasında son tamamlama işləri görülür.
Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək. Uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunacaq.
Modern.az