Modern.az

Keçmiş nazir müavini başından vurdular

Keçmiş nazir müavini başından vurdular

29 Avqust 2015, 14:57


Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Levan Qvazava sui-qəsdə məruz qalıb.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Tbilisi-Tabaxmela yolunda hücuma məruz qalan keçmiş məmur başından güllə yarası alıb və ağır vəziyyətdə İnqorokva xəstəxanasına çatdırılıblar.  

Qvazavanı müşayiət edən keçmiş polis işçisi Rezo Kalomleçavi isə insident zamanı öldürülüb.  

Gürcüstan Prokurorluğu keçmiş nazir müavinin komada olduğunu və onun süni nəfər aparatına qoşulduğunu deyiblər.

Levan Qvazadzenin “Hüquq-mühafizə orqanlarının müdafiəsi liqası” QHT-sinin sədri olduğu deyilir.

Silahlı insidentdən sonra Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili hadisə yerinə gəlib.    

Vüqar İsmayılov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu