Modern.az

“Neft Daşları”nda yeni meydança tikiləcək

 “Neft Daşları”nda yeni meydança tikiləcək

29 Avqust 2015, 20:35

Modern.az xəbər verir ki, “Neft Daşları” yatağı üçün yeni estakada yanı meydança tikiləcək.

SOCAR-dan verilən məlumata görə, “Neft Daşları” yatağında yeni blok tipli 1646 saylı estakada yanı meydança quraşdırılacaq. Meydança “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq. Estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 14 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları tikiləcək. Həmçinin, dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, estakadayanı meydançanın tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu