Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu gün səhər Nigeriyanın Kadun şəhərində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus Dornier-228 təyyarəsi qəzaya uğrayaraq yaşayış evinin üstünə düşüb.
Qəza nəticəsində 7 nəfər ölüb.
Nigeriya Hərbi Hava Qüvvələrinin nümayəndəsi deyib ki, qəzada ölənlər binada yaşayanlar yox, ekipaj üzvləridir. Bəzi məlumatlara görə, təyyarədə iki pilot, iki mühəndis və üç sərnişin olub.
Ölkə hakimyyəti artıq qəza ilə bağlı araşdırmalara başlayıb.
Modern.az