Rusiyanın tanınmış aktyoru Mixail Svetin avqustun 30-da vəfat edib. Modern.az xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, 85 yaşlı Svetin Leninqrad xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Avqustun 23-də hemmoragik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən Mixail Svetin əməliyyat olunmuşdu.
M.Svetin “Sehirbaz”, “12 stul”, “Ola bilməz” və digər filmlərdə yaddaqalan obrazlar canlandırıb.