Modern.az

Nazirlikdən Modern.az-a ad günü TƏBRİKİ

Nazirlikdən Modern.az-a ad günü TƏBRİKİ

Təhsil

1 Sentyabr 2015, 11:44

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Modern.az saytının 6 yaşının tamam olması münasibətilə öz təbriklərini çatdırıb.

“Azərbaycan informasiya məkanında özünə layiqli yer tutan saytınızın 6 yaşının tamam olması münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm.

Əminliklə qeyd etmək olar ki, modern.az saytı yarandığı vaxtdan etibarən aktual ictimai-siyasi və mənəvi-əxlaqi mövzuları əhatə edə bilən obyektiv və operativ kütləvi informasiya vasitəsi olmaq və cəmiyyətin maraqla izlədiyi xəbər saytlarından birinə çevrilmək missiyasını uğurla yerinə yetirib. Çoxsaylı mətbu orqanların mövcud olduğu şəraitdə özünüzü məharətlə doğruldaraq, 6 illik peşəkar və səmərəli fəaliyyətinizlə artıq uzunömürlü xəbər saytları sırasına qoşulmaq və  ölkədə informasiya təminatına dəyərli töhfə vermək əzminizi bacarıqla ifadə etmisiniz. Daim genişlənən izləyici auditoriyanız təbii ki, göstərdiyiniz səylərin, peşəkar jurnalist əməyinizin, həmişə ictimai-siyasi prosesləri, ölkə həyatının bütün sahələrində, eləcə də əmək və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini ardıcıl şəkildə izləmək istəyən şəxslər üçün əsas xəbər mənbələrindən biri ola bilməyinizin müsbət nəticəsidir.

Öz fəaliyyəti boyu milli mətbuat ənənələrinə və mənsub olduğu xalqın maraq və mənafelərinə daim sadiq qalan, hər bir mövzuya vicdan və ləyaqətlə yanaşan istedadlı və səmimi insanların çalışdığı modern.az saytının kollektivini bir daha təbrik edirəm. Hər birinizə ilk növbədə möhkəm can sağlığı, firavan həyat və daim tükənməz yaradıcılıq enerjisi arzulayıram”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi