Modern.az

Şuşanın işğal planını cızan erməni general öldü

Şuşanın işğal planını cızan erməni general öldü

1 Sentyabr 2015, 13:33


Ermənistanı ordusunun yaradıcılarından biri, Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı general-polkovnik Qurgen Dalibaltayan ölüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 89 yaşlı general müdafiə nazirinin baş məsləhətçisi idi.

1926-cı ildə Gürcüstanın Ninotsminda rayonunda anadan olmuş Dalibaltayan SSRİ ordusunda yüksək vəzifələr tutub. 1991-1993-cü illərdə Ermənistan ordusunun baş qəraragh rəisi və müdafiə nazirinin 1-ci müavini olan Dalibaltayan 1992-ci ildə Şuşanın alınması ilə nəticələnən “dağlarda toy” əməliyyatının planını cızanlardan biridir.

O, 1993-2007-cü illərdə Ermənistanın baş hərbi müfəttişi və prezidentin məsləhətçisi olub.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu