Modern.az

Zakir Fərəcovun yeni təyinatı haqda xəbər təkzib olunmur

Zakir Fərəcovun yeni təyinatı haqda xəbər təkzib olunmur

Təhsil

1 Sentyabr 2015, 17:03

Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtın icra başçısı təyin olunduğu haqda xəbər yayılıb.  

Bu barədə Strateq.az hakmiyyətə yaxın mənbələrə istinadən məlumat verib.

Xəbərdə qeyd edilir ki, Prezidentin digər fərmanı ilə Sumqayıtın hazırkı icra başçsı Eldar Əzizov vəzifəsindən azad edilib. Eldar Əzizovun hansısa vəzifəyə təyin olunub-olunmaması haqda isə hər hansı informasiya verilmir.  

Modern.az saytı xəbərə aydınlıq gətirilməsi üçün öncə Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətində Z.Fərəcova yaxın mənbə xəbəri təkzib etməyərək, bu məsələnin gündəmdə olduğunu gəzlətməsə də, yeni təyinatı birmənalı təsdiqləməyib.
Qeyd edilib ki. Z.Fərəcov bu gün işdə olmadığından onun Sumqayıtın icra başçısı təyin olunduğunu təsdiqləyə bilmirlər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə suallarımıza cavab verməkdəm imtina ediblər.

Zakir Fərəcov 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Onun qardaşı Nazim Fərəcov Milli Məclisin Laçından seçilən deputatıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu