Modern.az

Abşeron rayonuna qadın icra başçısı təyin olundu

Abşeron rayonuna qadın icra başçısı təyin olundu

Təhsil

2 Sentyabr 2015, 18:25


Prezident İlham Əliyev Abşeron rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edib.

Modern.az xəbər verir ki, dövlət başçısı İradə Akif qızı Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bu təyinatadək İ.Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, daha sonra icra başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri vəzifələrini tutub.

Xatırladaq ki, ölkə başçısının digər sərəncamı ilə Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu