Modern.az

İşıq üzünə həsrətik - ABŞERONDAN ŞİKAYƏT VAR

 İşıq üzünə həsrətik -  ABŞERONDAN ŞİKAYƏT VAR

Təhsil

4 Sentyabr 2015, 00:12

 

Abşeron rayon Digah qəsəbəsində (Yeni yaşayış massivi) yaşayan Məmmədov Sənan Fəxrəddin oğlu Modern.az saytına şikayət məktubu göndırib.

O, məktubda qeyd edir ki, qəsəbə sakinləri elektrik enerjisinin aşağı gərginliyindən əziyyət çəkirlər: “Yay aylarında elektrik 140 volt, qış aylarında isə 90-100 volt gərginliklə verildiyindən məişət avadanlıqları işləmir. Gərginlik həddindən artıq aşağı olur, işıqlar sadəcə olaraq közərir, normal işıq üzünə həsrətik. Hamıda sayğac var, hamı işıq pulunu ödəyir, bildirişlər gəlir. Yeni evlər tikildikcə sayğaclar quraşdırılır, amma transformatorun gücünə baxan yoxdur. Yüzlərlə sakinin adından sizə səslənirəm. Xahiş edirəm ki, bizim səsimizi eşidib, problemə çarə tapmaqda kömək edəsiniz. Abşeron Rayon İcra Hakimiyyətinə, keçmiş “Azərenerji”nin regional bölməsinə, “Azərişıq” ASC-yə dəfələrlə, Ombudsmana ikinci dəfə müraciət etsək də, 2013-cü ildən bəri heç bir iş görülməyib. İş o yerə çatıb ki, Ombudsman Aparatı da "yola vermək"lə məşğuldur. İki aydır müraciət etmişik. İndiyə qədər cavab yox idi. Bu, Azərbaycan Respublikası Konstitusiyasının ciddi şəkildə pozulması deməkdir. İndi cavab aldım. Nə fayda... Yenə vədlər!!! Başqa bir şey yoxdur. Yenidən onlara bu gün başqa müraciət ünvanlamışam. O da əlavə olunub. Xahiş edirəm işıqlandırın. Qoy hər kəs bilsin biz nə vəziyyət yaşayırıq”.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu