Bu gün səhər saatlarında Azərbaycanın müxtəlif rayonlarında güclü yeraltı təkanlar baş verib. Modern.az saytı xəbər verir ki, zəlzələnin Goranboy, Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz bölgələrində hiss olunduğu vurğulanır.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isə Modern.az-a bildirilib ki, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələnin yerin 13 km dərinliyində baş verdiyi bildirilir.
Modern.az