Modern.az

Fövqəladə Hallar Nazirliyi: “Zəlzələ bölgələrində dağıntı olmayıb”

Fövqəladə Hallar Nazirliyi: “Zəlzələ bölgələrində dağıntı olmayıb”

4 Sentyabr 2015, 10:49



“İlkin məlumatlara görə zəlzələ baş verən ərazilərdə hər hansı dağıntı qeydə alınmayıb”.

Bu haqda Modern.az saytına Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Bu gün səhər saatlarında Azərbaycanın müxtəlif rayonlarında güclü yeraltı təkanlar  baş verib. Zəlzələnin Goranboy, Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz bölgələrində hiss olunduğu vurğulanır.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isə Modern.az-a bildirilib ki, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələnin yerin 13 km dərinliyində baş verdiyi bildirilir.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu