Modern.az

Aeroportda ATIŞMA: – 3 ölü

Aeroportda ATIŞMA: – 3 ölü

4 Sentyabr 2015, 10:52


Tacikistanın paytaxtı Düşənbədə hava limanında cinayətkarlar və təhlükəsizlik qüvvələri arasında atışma baş verib.

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, silahlı insident nəticəsində 2 “omonçu” (Xüsusi Təyinatlı Polis Dəstəsi) və 1 yol polisi işçisi həlak olub, daha biri isə ağır yaralanıb.

Tacikistan hakimiyyəti hadisənin 1992-1997-ci il vətəndaş müharibəsindən sonra güc strukturlarının tabeliyinə keçən dəstə üzvləri tərəfindən törədildiyini deyir.  

Bundan öncə, Düşənbə yaxınlığındakı Vəhdət şəhərində polisa idarəsinə hücum zamanı 4 asayiş keşikçisi də öldürülmüşdü.    

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu