Modern.az

Seysmoloji Xidmət Mərkəzindən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

Seysmoloji Xidmət Mərkəzindən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

4 Sentyabr 2015, 11:08

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün episentri Şəki rayonu ərazisində olan və əksər ətraf rayonlarda hiss olunan zəlzələ ilə bağli məlumatlari yayarkən ehtiyatlı olmağı məsləhət görüb. Qurum jurnalistlərdən və KİV-lərdən xahiş edib xəbər yayarkən mərkəzin   www.seismology.az rəsmi internet saytında yenilənən məlumatlara istinad etmək vacibdir.

“Hər birinizdən xahiş edirik ki, dəqiqləşməmiş, qeyri-rəsmi informasiyalarin yayılmasına yol verməyəsiniz. Nəzərə almaq lazımdır ki, bu cür məlumatların yayılması insanlar arasında yersiz narahatçılıq, qorxu və təşviş yaradır. Vətəndaşlarımız arasında xəstə, qoca insanlar, hamilə qadınlar və kişikyaşlı uşaqlar var. Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bütün suallarınızı bizə ünvanlaya bilərsiniz”.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın müxtəlif rayonlarında güclü yeraltı təkanlar  baş verib. Rəsmi məlumata görə, yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində 7 bal zəlzələ qeydə alınıbr. Zəlzələ ətraf rayonlarda 6-5 və 4 bala qədər hiss olunub.

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu