Şəkidə 7 bal gücündə zəlzələ olub. Şəki icra başçısının köməkçisi Ziya Vəliyev Modern.az-a açıqlamasında ciddi dağıntı hallarının baş vermədyini bildirib.
O, şəhərkənarı bəzi tikililərdə çatların müşahidə olunduğu vurğulayıb.“Elə də ciddi dağıntı halları müşahidə olunmayıb. Lakin episentrə yaxın tikililərdə çatlar əmələ gəlib. Köhnə yaşayış evlərində zəlzələnin təsiri daha güclü olub.
Şəhər ərazilərində isə belə hallar qeydə alınmayıb. Hazırda əraziyə icra nümayəndələri baxış keçirir”.
Leyla Əfqan