Modern.az

DİN generalın harada dəfn olunacağını bilmir

DİN generalın harada dəfn olunacağını bilmir

4 Sentyabr 2015, 10:41


“Bu gün general Rasim Musayev dəfn olunacaq. Mərhumla vida mərasimi onun 9-cu mikrorayonda yerləşən evində keçirləcək”.

Bu haqda Modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

Nazirlik rəsmisi generalın harada dəfn olunacağı barədə məlumatsız olduğunu deyib: “Düzü bununla bağlı məndə informasiya yoxdur. Yəqin ki, yaxınlarının dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq”.

Sentyabr ayının 3-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib. 

İlkin məlumata görə general ürəktutmasından dünyasını dəyişib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu