Modern.az

7 ballıq zəlzələ bir can aldı - İki uşaq anası quyuya düşərək öldü

7 ballıq zəlzələ bir can aldı - İki uşaq anası quyuya düşərək öldü

4 Sentyabr 2015, 11:38


Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb. 

Modern.az Report-a istinadən xəbər verir ki, rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb.

Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.

Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu