Modern.az

“Namizədliyimlə bağlı təkliflər almışam”

“Namizədliyimlə bağlı təkliflər almışam”

4 Sentyabr 2015, 12:45

Araz Aslanlı: “Dövrün şərtlərini dəyərləndirib, qərar verəcəm”

“Parlament seçkisində namizədiyimin irəli sürülməsi ilə bağlı təkliflər var”. Bu sözləri Modern.az saytına açıqlamasında ötən parlament seçkisində 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd olmuş Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı söyləyib.

Araz Aslanlı ötən seçkidə namizəd kimi iştirak etdiyini və çox uğurlu kampaniya apardıqlarını bildirib:

“Keçmiş seçkilərdən uğurlu kampaniyalarla bağlı yaxşı təcrübəmiz var. Hazırkı müraciətləri yüksək təhsil və peşəkarlığa malik dostlarımızla birgə dəyərləndirəcəyik. Əgər seçkidə iştirak etməklə bağlı qərarımız olsa, uğurlu kampaniya apararaq qələbə çalacağıma və millət vəkili kimi ciddi töhfələr verəcəyimə inanıram. Hər dövrün öz şərtləri, bu şərtlərə uyğun olaraq seçicilərin də öz gözləntiləri olur. Mən də həm namizədliyimlə bağlı çoxsaylı müraciətləri, həm də indiki dövrün şərtlərini dəyərləndirib, son qərarı qəbul edəcəm. Məqsədim sadəcə xalqımıza, dövlətimizə faydalı olmaqdır. Harada faydamın daha çox toxunacağına inansam, fəaliyyətimi məhz ora yönəldəcəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu