Modern.az

“Deputatlığa namizəd olacağım dairəni müəyyənləşdirə bilmirəm”

“Deputatlığa namizəd olacağım dairəni müəyyənləşdirə bilmirəm”

4 Sentyabr 2015, 12:53

Vəhdət Partiyasının sədri Tahir Kərimli parlament seçkilərində iştirakı ilə bağlı açıqlama verib. O, Modern.az saytına deyib ki, partiya seçkilərdə daha çox şansı olan namizədlərlə iştirak edəcək:

“Namizədlərimizin siyahısını ayın 10-na kimi açıqlamağı nəzərdə tuturuq. İstəyirik ki, daha çox şansı olan namizədlərlə seçkilərə gedək. Bəzi partiyalarla danışıqlar aparırıq ki, namizədlərin birgə müdafiəsini təşkil edək. Bunların arasında həm müxalifət, həm də iqtidaryönlü partiya var. Biz vaxtilə parlament seçkilərində 46 namizədlə iştirak etsək də, uğur qazanmamışdıq. Ona görə daha az və daha şanslı namizədlərlə seçkilərə getməyi planlaşdırırıq”.

Tahir Kərimli özünün namizədliyindən də danışıb:

“Bununla bağlı hələ ki qəti fikrim yoxdur. Açığını deyim ki, namizədliyimi irəli sürəcəyim dairəni müəyyən etməkdə çətinlik çəkirəm. Ola bilər ki, Bakı şəhərində, ya da əvvəl verdiyim dairələrdən namizədliyimi  irəli sürüm. Əvvəllər bir dəfə İsmayıllı rayonundan seçilmişdim. Lakin Şamaxı, Ağsudan seçilə bilməmişəm.  Ola bilsin ki, Baş Məclisin iclasına kimi namizədliyimi irəli sürəcəyim dairəni müəyyənləşdirim”.

Leyla Əfqan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu