Modern.az

Roma Papası hamını təəccübləndirdi: Özü mağazaya gedib eynək aldı

Roma Papası hamını təəccübləndirdi: Özü mağazaya gedib eynək aldı

4 Sentyabr 2015, 13:32

İtaliya paytaxtının sakinləri və turistlər eynək almaq üçün Vatikanı tərk edib optika mağazasına gedən Roma Papası Frantsiski yaxından görmək şansı əldə ediblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Roma Papası mağazaya adi maşında gəlib və orada 40 dəqiqəyə yaxın vaxt keçirib. Nəticədə yeni eynəklərdən heç birini bəyənməyən Frantsisk eynəyinin şüşəsini dəyişdirməyi və buna görə ödəniş edəcəyinə israr edib.

“Mənə yeni eynək lazım deyil, sadəcə, əvvəlki eynəyimin şüşəsini dəyişmək lazımdır, çox pul xərcləmək istəmirəm”, - KİV Roma Papasının belə dediyini yazır.    

Mağazanın sahibi Alessandro Spitsia əvvəllər də Papanı eynəklə təmin edib, ancaq adətən, Vatikana özü çatdırıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu