Modern.az

Rusiyada Türkiyə vətəndaşı oğurlandı

Rusiyada Türkiyə vətəndaşı oğurlandı

4 Sentyabr 2015, 14:05



Türkiyə vətəndaşı Altan Güngör Rusiyanın Orenburq şəhər hava limanından oğurlanıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kənd təsərrüfatl üzrə ekpsert olan Güngör kommersiya məqsədilə gəldiyi Orenburq şəhərində yoxa çıxıb.

Faktla bağlı Rusiya polisi “adam oğurluğu” maddəsi ilə cinayət işi açaraq türkiyəli ekspertin axtarışına başlayıb. Türkiyənin Rusiyadakı səfirliyi faktla bağlı müntəzəm məlumatlandırılır.  

Vüqar İsmayılov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu