Modern.az

Quldurlarla atışmada 7 milis öldürülüb

Quldurlarla atışmada 7 milis öldürülüb

4 Sentyabr 2015, 14:14


Tacikistanda iki silahlı quldur dəstəsi ilə atışmada 7 milis əməkdaşı ölüb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ötən gecə Düşənbənin 20 kilometr şərqindəki Vahdat şəhərinin Daxili İşlər İdarəsinə silahlı qruplaşma hücum edib. Nəticədə 4 milis əməkdaşı öldürülüb. Qruplaşmanın rəhbəri və daha bir üzvünün də öldürüldüyü, daha 4 üzvünün yaralandığı bildirilir.

Düşənbənin mərkəzindəki ikinci hücum zamanı iki OMON əməkdaşı və Dövlət Yol İdarəsinin bir əməkdaşı öldürülüb. 

Rəsmi mənbələr isə hələ ki bu məlumatları təsdiq etmirlər. Ancaq Düşənbədə hazırda əlavə postların qurulduğu, paytaxtdakı bütün ictimai binaların mühafizəsinin gücləndirildiyi bildirilir.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu