Jurnalist Rauf Mirqədirovun həbs müddəti uzadılıb. Modern.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Elmar Süleymanov bildirib. Onun sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayev R.Mirqədirov barəsində seçilmiş həbs -qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul edib.
“Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü maddəsinə (dövlətə xəyatnət) əsasən, ona ittiha irəli sürülüb.