Dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub. Modern.az saytı xəbər verir ki, mərhumun dəfn mərasimi Mehdiabad qəbiristanlığında keçirilib.
Dəfndə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, nazirin müavinləri, idarə, şöbə və bölmə rəisləri iştirak ediblər.
Sentyabr ayının 3-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib. İlkin məlumata görə, general ürəktutmasından dünyasını dəyişib.
Gülşən RAUFQIZI