Modern.az

Azərbaycan Ordusu daha bir əsgər itirdi

Azərbaycan Ordusu daha bir əsgər itirdi

4 Sentyabr 2015, 15:28

Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyi bildirir ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu