Modern.az

Müharibələr 13,4 milyon uşağı təhsilsiz qoyub

 Müharibələr 13,4 milyon uşağı təhsilsiz qoyub

4 Sentyabr 2015, 21:28


Modern.az xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNİCEF) "Atəş altında təhsil" başlıqlı hesabat yayıb.  

Türkiyə KİV-inin məlumatına görə, sənəd Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyətini əhatə edir. Hesabata görə, dünyada 13,4 milyon uşaq müharibələr səbəbindən təhsil ala bilmir. 

UNİCEF "itmiş nəsil" olaraq adlandırdığı uşaqların sayının daha da artmasından narahat olduğunu bildirir.

Hesabatda adıçəkilən ölkələrdə silahlı hücumlar nəticəsində 9 min məktəb yararsız hala düşüb və istifadəsi mümkünsüzdür. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu