Araşdırmaçı Aslan Kənanın 1930-cu illərin qanlı repressiyalarından bəhs edən “1930-cu illərin günahsız qurbanları” kitabı işıq üzü görüb. Modern.az xəbər verir ki, araşdırmaçının uzun illər ərzində topladığı arxiv materialları əsasında hazırladığı kitabda sənədliliklə yanaşı publisistik üslubda yazılması diqqət çəkir. Qeyd edək ki, araşdırmaların ikinci cildi hesab olunan kitabda indiyədək barələrində söhbət açılmayan repressiya qurbanlarının adları çəkilir. Bunlara misal olaraq Cəfər Bağır, Qəni bəy Ələsgərov, Mədinə xanım Qiyasbəyli, Sultan Şaylıkov və başqa repressiya qurbanlarını göstərmək olar. Kitabdakı bir çox tarixi gizlinlər oxuculara ilk dəfə olaraq təqdim edilir.
Elmin NURİ