Modern.az

Xalq artisti ilə vida mərasiminin YERİ VƏ VAXTI

Xalq artisti ilə vida mərasiminin YERİ VƏ VAXTI

Təhsil

9 Sentyabr 2015, 00:24

 

Bir neçə saat  öncə vəfat edən  xalq artisti Habil Əliyevlə vida mərasiminin yeri və vaxtı bəlli olub.

Uzun sürən xəstəlikdən sonra evində vəfat etmiş  məşhur kaman ustası Habil Əliyevlə vida mərasimi bu gün - sentyabrın 9-da saat 10.00-dan 12.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. 

Məlumata görə, xalq artisti  I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib. 

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. 

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. (APA) 

Modern.az  

       
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu