Modern.az

Qaçqınlarla bağlı dəhşətli STATİSTİKA

Qaçqınlarla bağlı dəhşətli STATİSTİKA

Təhsil

9 Sentyabr 2015, 10:08


Müharibədən və çətin yaşayışdan qurturalaraq Avropaya yaxşı həyat qurmaq üçün gedənlərin sayı bu il 400 minə çatacaq və gələn il bu rəqəm 450 min olacaq. Modern.az saytı Reuters-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissiarlığının məlumatında qeyd edilib.

Bəzi ekspertlər hesab edir ki, bu rəqəmlər kiçildilmiş ola bilər. Belə ki, onlar hesab edirlər ki, yanvardan bərti artıq Avropaya 366 min qaçqın gedib. Həftəsonu elə 15 min insan Macarıstandan Avstriyaya getməklə sərhədi keçib, onlardan 12 mini isə artıq Almaniyaya çatıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilin sonuna kimi qaçqınlara maliyyə köməyinin göstərilməsi üçün lazımi fondların yaradılmasına kömək məqsədilə ilə 30,5 milyon dolların toplanması üçün müraciət edib.

Komissarlıq eyni zamanda öz həyatlarını təhlükəyə ataraq Aralıq dənizindən keçmək istəyən qaçqınların sayını da açıqlayıb. 2013-cü ildə təhlükəli marşrutla keçənlərin sayı 60 min olub, keçən il bu rəqəm 219 minə çatıb. 2015-ci ilin ilk 8 ayında isə artıq 322,5 min qaçqın Avropaya bu yolla keçib. Onlardan 2750 nəfərin isə öldüyü və ya itkin düşdüyü qeyd edilir.

Bu gün isə Avropa Məhkəməsinin 160 min qaçqının ölkələr üzrə bölüşdürülməsi proqramı elan ediləcək.

Aytən ZƏHRA

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu