Modern.az

Sumqayıtın sabiq deputatı Zakir Fərəcovu təriflədi

Sumqayıtın sabiq deputatı Zakir Fərəcovu təriflədi

Təhsil

9 Sentyabr 2015, 11:29

Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovun Sumqayıt şəhərinə başçı təyin edilməsi Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sabiq sədri, eks-deputat İkram İsrafil tərəfindən də yüksək qiymətləndirilib.

O, Modern.az-a açıqlamasında qeyd edib ki, son günlər apardığı müşahidələrə əsasən əmin olub ki, insanların münasibətində bir rahatlıq var.

“Zakir Fərəcovu Sumqayıtda çalışdığım vaxtlardan tanıyıram. Hələ mən Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri olduğum dövrlərdə Zakir Fərəcovla istər bələdiyyə sədri, istərsə də digər vəzifələrdə çalışdığı zamanda münasibətlərimiz sivil olub. Düşünürəm ki, şəhər və rayon icra başçıları həmin ərazidə yaşayıb-işləmiş insanlar olmalıdır. Çünki icra başçısı o bölgənin adamı olmadıqda işə də münasibət tam fərqli olur.

Nəzərə alsaq ki, hazırda təyin olunan icra başçılarının əksəriyyəti o rayonlarda öz şəxsi bizneslərini qururlar, onda demək olar ki, icra başçısı vəzifəsi kənarda qalır.

O ki, qaldı Zakir Fərəcovun Abşeron rayonunun icra başçısı olduğu dövrdə fəaliyyətinə, bununla bağlı fikir bildirə bilmərəm, çünki o barədə məlumatsızam. Amma ən azı müqayisə üçün deyə bilərəm ki, Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin edilməsi əvvəlki icra başçısına nisbətdə normaldır. Buna səbəb isə düşünürəm ki, onun fəhləlikdən tutmuş bu və ya digər işlərdə çalışdıqdan sonra bələdiyyə başqanı olmasıdır”. 

Vüsalə Qəzənfərqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu