Sentyabrın 8-də Sumqayıt şəhər sakini Yaşar Surxayev 40-cı məhəllədəki gözətçi işlədiyi evlərdən birinin lift şaxtasına (3-cü mərtəbə) yıxılaraq dünyasını dəyişib.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin gün Sumqayıt şəhər sakini Elman Əmrahov H.Zeynalabdin qəsəbəsinin dəniz çimərliyində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Sentyabrın 8-də Binəqədi rayonu ərazisindəki mənzillərdən birində təmir işləri aparan Masallı rayon sakini İqbal Muradov elektrik cərəyanı vurması nəticəsində ölüb.Modern.az