Modern.az

Bakı-Sumqayıt qatarının bələdçiləri qadınlar olacaq

Bakı-Sumqayıt qatarının bələdçiləri qadınlar olacaq

Təhsil

9 Sentyabr 2015, 12:19


“Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq”. Bu haqda Modern.az saytına Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, həmin istiqamətdə çalışacaq xanım bələdçilər artıq müəyyənləşib:  “Onların hər biri üçün ayrılan vəsait hesabına yeni formalar tikilib. Bakı-Sumqayıt qatarlarından sonra mərhələli şəkildə digər qatarlarda da yeni formalara keçiləcək”.

Qurum rəsmisi deyib ki, hazırda  Bakı, Sumqayıt və Biləcəri sərnişin stansiyalarında avtomat turniketlərin və kassa köşklərinin quraşdırılması prosesi yekunlaşmaqdadır: “Bütün istiqamətlərdə işlər bitmək üzrədir Tarif Şurasının qiymətlərlə bağlı qərarını gözləyirik”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu