Modern.az

Nazirlik İcra Hakimiyyətini məhkəməyə verdi

Nazirlik İcra Hakimiyyətini məhkəməyə verdi

9 Sentyabr 2015, 12:33


Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib. 

Modern.az APA-ya istinadən xəbər verir ki, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.   

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu