Modern.az

Azərbaycanlı diplomat Bakıya qayıtmaqdan imtina etdi

Azərbaycanlı diplomat Bakıya qayıtmaqdan imtina etdi

9 Sentyabr 2015, 13:57

Azərbaycanın Avstraliyadakı səfirliyində işləyən diplomat Fərid Sübhanverdiyev də diplomatik xidmətdən geri çağırılıb.

Diplomatik mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Fərid Sübhanverdiyev işdən çıxarılsa da Azərbaycana qayıtmayaraq Avstraliyada qalmağa qərar verib.

Fərid Sübhanverdiyev iki aydan çoxdur “yaşıl qitə”də yaşayır və bu ölkədə ona təhsil vizası veriləcəyini gözləyir.

Digər məlumata görə, azərbaycanlı diplomat siyasi sığınacaq almaq üçün artıq Avstraliya hökumətinə müraciət edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu