ABŞ prezidentliyinə namizəd Hillari Klinton sentyabrın 9-da bəyan edib ki, əgər İran nüvə silahı hazırlamağa cəhd edərsə, o, hərbi güc tətbiqindən çəkinməyəcək:
“İranlılar və bütün dünya başa düşür ki, biz əgər lazım olarsa qətiyyətli hərəkət edəcəyik. Mən İran liderlərinə demək istəyirəm ki, ABŞ heç vaxt sizə nücə silahı əldə etməyə imkan verməyəcək”, - Klinton Vaşinqtondakı Brukinqs adına İnstitutda İranın nüvə proqramı ilə bağlı çıxışında deyib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, xanım Klinton əlavə edib ki, president postunda Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin müdafiəsi üçün bütün vacib tədbirləri həyata keçirəcək: “Əgər İran nüvə silahı əldə etməyə cəhd göstərərsə, mən tərəddüd etmədən hərbi güc tətbiq edəcəyəm”.
Prezidentliyə Demokratlar Partiyasından ən şanslı namizəd onu da qeyd edib ki, o, İrana terrorçuluğa sponsorluq etməyə və ballistic raket yaratmağa da imkan verməyəcək.