Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (keçmiş Neft Akademiyası) yeni rektoru, professor Mustafa Babanlı akt zalında professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, eləcə də digər əməkdaşlarla görüş keçirib.
Modern.az saytı xəbər verir ki, rektor universitetdə təhsilin inkişafı və tərəqqisinə gedən yolda qarşıda dayanan problemlər və görüləcək işlərlə bağlı fikirlərini bildirməklə, tövsiyə və təkliflərini də əməkdaşların diqqətinə çatdırıb. Mustafa Babanlı təhsil ocağının professorundan tutmuş adi lobarantına qədər hər bir kəsi öz işində məsuliyyətli, nizam-intizamlı, təhsil prosesinə demokratik prinsiplərlə məntiqli yanaşma nümayiş etdirməyə çağırıb.
Xatırladaq ki, sentyabrtın 3-də Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti edilib, Mustafa Babanlı isə ali məktəbə rektoru gətirilib.
Modern.az