Modern.az

İŞİD Azərbaycan bankının saytına hücum etdi - FOTO

İŞİD Azərbaycan bankının saytına hücum etdi - FOTO

11 Sentyabr 2015, 11:12


Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan haker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.

Modern.az saytı oxu.az-a istinadən xəbər verir ki, hücuma “Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.

Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.

Öz növbəsində Əmrahbank-dan oxu.az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu