Modern.az

Sinoptiklərdən meteohəssas insanlara XƏBƏRDARLIQ

Sinoptiklərdən meteohəssas insanlara XƏBƏRDARLIQ

11 Sentyabr 2015, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 25-28, Bakıda gecə 20-22 , gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 12-də şimşək çaxacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. 

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.   Sentyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 13-14-də meteoroloji amillərin normalıq sutkalıq gedişi müsbət amil olsa da, bəzi saatlarda havada rütubətliliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu