Modern.az

Nazirliyin ilk 6 ayda gördüyü işlər

Nazirliyin ilk 6 ayda gördüyü işlər

11 Sentyabr 2015, 14:40

Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ilin I yarısında görülmüş işlər haqqında hesabat hazırlanıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2015-ci ildə gənclər siyasətinin infrastrukturu genişlənib. Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində növbəti “Gənclər evi” istifadəyə verilib, nazirliyin sifarişi ilə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarında "Gənclər evi" inşa edilib, Gəncə, Şirvan və Şəki şəhərlərində, Bərdə, Tovuz, Quba və Şamaxı rayonlarında müəssisələrin tikintisi davam etdirilir. Hazırda ölkədə 31 "Gənclər evi/Mərkəzi" istifadəyə verilib. Beləliklə, ölkədə geniş gənclər kütləsi ilə iş aparmaq üçün unikal imkan və şərait yaradılıb.

Gənclərin yaradıcılıq və təşəbbüskarlığını stimullaşdırmaq və qiymətləndirmək məqsədi elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə "Gənclər üçün Prezident Mükafatı" təqdim edilib.

Gənclər və İdman Nazirliyinin 2015-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən I yarımil ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə  81  respublika yarışları təşkil edilib,  28 beynəlxalq yarış keçirilib, 48 beynəlxalq yarışlarda ölkə yığma komandalarımızın iştirakı təmin olunub. Bundan başqa müxtəlif idman növləri üzrə yığma komandalarımız 12 gündən az olmayaraq 60 təlim-məşq toplanışlarında iştirak edib, İlk Avropa Oyunları ərəfəsində öz imkanlarını bir daha səfərbər edərək təcrübələrini artırıblar.

2015-ci ilin  I yarısında Olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və İlk Avropa Oyunları da daxil olmaqla  57 qızıl, 43 gümüş  və 61 bürünc- cəmi 161 medal əldə edilib.

Hesabat dövründə ölkəmizdə 19 ölkədən 32 idmançının iştirakı ilə stolüstü tennis üzrə Avropa Top-16 turniri, atçılığın konkur  növü üzrə qış kuboku beynəlxalq turniri, İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar 20 ölkədən 133 idmançının iştirakı ilə gimnastika idman növləri üzrə beynəlxalq test turniri və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilib.

Xüsusilə  24 ölkədən 120-yə yaxın idmançının iştirakı ilə  velosiped idmanı üzrə ənənvi  “Tour de Azerbaijan” beynəlxalq turniri  ölkəmizin dünyaya tanıdılması baxımından olduqca əhəmiyyətli olub. Hazırda  2015-ci ildə keçiriləcək şahmat üzrə Dünya kuboku, 2016-cı il Şahmat Olimpiadası və Formula 1 yarışlarına, 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına hazırlıq işləri davam etdirilir.

12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə İlk Avropa Oyunları keçirilib. 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növündə keçirilmiş Oyunlarda Azərbaycan bütün növlərdə 291  idmançı ilə təmsil olunub. 12 idman növündə keçirilən yarışlar  "Rio 2016" Olimpiadasına təsnifat xarakterli olub.

Hesabat dövründə I Avropa Oyunlarında idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 18 idman obyekti vaxtında və yüksək keyfiyyətlə, müasir beynəlxalq standartların tələblərinə uyğun tikilib, və ya yenidən qurularaq istifadəyə verilmiş, yarışlar üçün tam hazırlanmışdır. Yarışlar başlamamışdan əvvəl obyektlərin hazırlığını yoxlamaq məqsədilə onlarla sınaq yarışları keçirilib.

18 idman obyektindən 12-nin daimi (o cümlədən 5 yeni obyekt- Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, BMX Veloparkı),  6-sının isə müvəqqəti yarış obyektləri (Su Polosu Arenası, Çimərlik Arenası, 3x3 basketbol Arenası, Dağ velosipedi Veloparkı, Triatlon və şosse velosipedi yarışları üçün qurğular) olmasına baxmayaraq, Su Polosu, Çimərlik və 3x3 Basketbol arenasını özündə birləşdirən Avropa Oyunları Parkının tikinti və quraşdırma işləri çox yuksək səviyyədə aparıldığından, gələcəkdə daimi idman obyekti kimi istifadəsi nəzərdə tutulur.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu