Modern.az

“Gəncəm, Gəncədəyəm!” layihəsi başlayacaq

“Gəncəm, Gəncədəyəm!” layihəsi başlayacaq

11 Sentyabr 2015, 13:25


 “Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu”nun və “İRƏLİ” İctimai Birliyinin birgə dəstəyi ilə həyata keçirilən “Gəncəm, Gəncədəyəm!”layihəsinə start veriləcək.

Layihənin əsas  məqsədi, 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərinin milli mənəvi və tarixi irsini müxtəlif bölgələrdə yaşayan gənclərimizə aşılamaq, eləcədə bu mötəbər bir kampaniyanın təşviqat işlərinə öz töhvəmizi verməkdir.

Layihə rəhbəri Anar Ağarzayevdir.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhəri ölkəmizin sənaye mərkəzindən əlavə, həmçinin qədim tarixi və mədəniyyət mərkəzləri ilə zəngin olan bir şəhərdir.

Bu zəngin mədəni irsə, tarixi kökə sahib olan şəhərimizi gələcək nəsillərə ötürülməsi məqsədiylə “Gəncəm, Gəncədəyəm” layihəsi həyata keçirilməsi planlaşdırılır. Layihənin ilkin mərhələsində 28-30 sentyabr 2015-ci il tarixlərində  Göy-göl, Yevlax, Goranboy, Şəmkir və Gədəbəy  rayonlarında orta təhsil müəsissələrinin 9-10-cu sinif şagirdləri arasında “Ümummilli Liderimizin Azərbaycan gəncliyinə qayğısı” adlı  mövzusunda inşa müsabiqəsi keçirdiləcək.

Ümumilikdə 30 nəfər məktəblinin iştirakı ilə Gəncə şəhərində təşkil olunacaq ekskursiyaya cəlb olunacaqlar. Şagirdlər 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərində qədim tarixi abidələrimizlə canlı şəkildə tanış olma şansını qazanacaqlar.  


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu