Sentyabrın 15 və 16-da Frankfurt beynəlxalq avtosalonunun çərçivəsində Renault jurnalistlər və qonaqlar üçün bir neçə premyera, mətbuat konfransı və şirkət rəhbərləri ilə görüşlər hazırlayır.
Proqrama daxildir: 15 sentyabr 14.00 – Renault Group-un prezidenti və baş direktoru Karlos Qonla rəsmi mətbuat konfransı; yeni Renault Megane-ın dünya premyerası; Renault-nun stendində həmçinin bu il təqdim edilmiş yeni modellər – sedan və universal banında yeni Talisman, yeni Espace və Kadjar göstəriləcək. Müsahibədə Renault qrupunun İcra komitəsinin aşağıdakı üzvləri və Avrasiya regionunun aşağıdakı nümayəndələri iştirak edəcəklər:- Karlos Qon (Carlos Ghosn) – Renault Group-un prezidenti, baş direktoru;
- Jerom Stol (Jérôme Stoll) – Satış və marketinq üzrə icraçı direktor;
- Tyerri Bollore (Thierry Bolloré) – Renault qrupunun rəqabət qabiliyyəti üzrə direktoru;
- Brüno Anselen (Bruno Ancelin) – İcraçı vitse-prezident, məhsullar və proqramlar üzrə direktor;
- Xose Vinsente de los Mozos Obispo (Jose Vincente de los Mozos Obispo) – İcraçı vitse-prezident, istehsalat və satış üzrə direktor;
- Stefan Müyer (Stefan Mueller) – İcraçı vitse-prezident, Avropa regionunun sədri; - Dominik Torman (Dominique Thormann) – İcraçı vitse-prezident, maliyyə direktoru;
- Kristian Vandenende (Christian Vandenhende) – Keyfiyyət və müştəri məmnuniyyəti üzrə direktor;
- Jan-Kristof Küqler (Jean-Christophe Kugler) – Avrasiya regionunun direktoru;
Müsahibədə iştirak etmək üçün jurnalistin adı, soyadı, atasının adını, əlaqə məlumatını (mobil telefon və e-mail), istədiyiniz spikeri və müsahibə zamanı haqqında söhbət gedəcək mövzuların siyahısını qeyd etməklə [email protected] ünvanına sorğu göndərin. Sorğular 7 sentyabr 2015-ci il tarixinədək qəbul edilir
Renault-nun stendi 8 saylı zalda yerləşir.
Modern.az