Macarıstanın baş naziri Viktor Orban ölkəsinə axın edən miqrantlara geri qayıtmalarını məsləhət görüb. Modern.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə müsahibəsi zamanı Macarıstanın miqrantlara girişi qadağan edəcəyini xatırladan Orban onların yaxşı həyat arxasınca Avropaya gəldiklərini deyib:
“Onlar haradan gəliblərsə, ora da qayıtmalıdırlar. Mahiyyət etibarilə bu miqrantlar birbaşa hərbi əməliyyatlar meydanından deyil, Suriya ilə həmsərhəd olan ölkələrdəki – Livan, İordaniya və Türkiyədəki qaçqın düşərgələrindən qaçıblar. Miqrantlar həmin düşərgələrdə təhlükəsizlik şəraitdə olublar. Ona görə onlar təhlükədən qaçmayıblar. Miqrantlar Avropaya təhlükəsizlik üçün deyil, daha yaxşı yaşamaq üçün gəlirlər”.
Macarıstan hökuməti Serbiya ilə sərhədə polislərlə yanaşı, ordu hissələri də yerləşdirmək barədə qərar verib.
Vüqar İsmayılov