Modern.az

İlham Əliyev Səudiyyə kralına başsağlığı verdi

İlham Əliyev Səudiyyə kralına başsağlığı verdi

Təhsil

12 Sentyabr 2015, 12:36



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının kralı əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib. Başsağlığında deyilir:

"Əlahəzrət,
Əziz Qardaşım,
Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

 


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza