Modern.az

Bakı-Sumqayıt qatarında gedişhaqqı bəlli oldu

Bakı-Sumqayıt qatarında gedişhaqqı bəlli oldu

Təhsil

12 Sentyabr 2015, 12:54


“Azərbaycan prezidenti İlham Əliyev Bakı Dəmir Yolu Vağzalında sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılan Bakı-Sumqayıt sərnişin qatarı ilə tanış olub. Ölkə başçısı aparılan işlərdən razı qaldığını bildirib”.

Bu haqda Modern.az saytına Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, yeni qatarlar bu gün Bakı-Sumqayıt istiqamətində hərəkətə başlayacaq: “Bütün media dəvətlidir. Gediş haqqı ilə bağlı qərar qatarda keçiriləcək mətbuat konfransında zamanı açıqlanacaq”.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Sərnişinlər surət qatarları vasitəsilə cəmi 40 dəqiqəyə Bakıdan Sumqayıta və əksinə hərəkət edə biləcəklər.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza