Modern.az

“Deputatlığa namizədlər üçün yaddaş kitabçası” buraxıldı

“Deputatlığa namizədlər üçün yaddaş kitabçası” buraxıldı

Təhsil

12 Sentyabr 2015, 13:40

Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayıb.

MSK-dan Modern.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclis üzvlüyünə seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Deputatlığa namizədlər üçün yaddaş kitabçası”nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza