Gəncə “ASAN xidmət” mərkəzi qarşısında kitab fləşmobu keçirilib. Aksiya zamanı gənclər kitab oxuyublar.
Modern.az xəbər verir ki, aksiyanın keçirilməsinin məqsəd gənclər arasında mütaliəyə marağın artırılması olub. Aksiya Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edəcək “Könüllülər Yurdu – Azərbaycan” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi könüllü fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.Layihə ümumilikdə 600 gənci əhatə edəcək və 50 000 ailə “ASAN xidmət”in göstərdiyi xidmət ilə bağlı maarifləndiriləcək.
Modern.az